Azərbaycan Dili Qayda İsim #11 (Giriş Təlim 0-dan)

Azərbaycan Dili

İsim – əşyanın adını bildirir. Kim ? nə ? hara? suallarına cavab verir. İsmin 6 halı var. Adlıq hal, yiyəlik hal, yönlük hal, təsirlik hal, yerlik hal, çıxışlıq hal. İsim hallanır, cəmlənir , mənsubiyyətə görə dəyişir.

İsmin quruluşca növləri

Sadə isimlər

Sadə isimlər bir kökdən ibarət olur

  • İsimlərin, eləcə də sadə isimlərin qrammatik şəkilçilər qəbul edərək dəyişməsi onların quruluşuna təsir etmir.

Düzəltmə isimlər

Düzəltmə isimlər söz düzəldici (leksik) şəkilçilər vasitəsi ilə düzəlir. İsim düzəldən şəkilçilər 4 cür olur.

İsimdən isim düzəldənFeildən isim düzəldənSifətdən isim düzəldənSaydan isim düzələn
çi4ış4lıq4lıq4iq4
lik4ki4
ıstan4ıq4
ça2ıcı4

Mürəkkəb isimlər[redaktə | əsas redaktə]

Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb isimləri əmələ gətirən sözlər eyni nitq hissəsinə də, müxtəlif nitq hissələrinə də aid ola bilər. Bu cəhətdən, mürəkkəb isimlərin aşağıdakı növləri var:

  • İsim+isim
  • Sifət+isim
  • Feildən+isim
  • Feil+feil

Mürəkkəb isimlərin əmələ gəlməsi 3 cür olur:

  • Heç bir köməkçi vasitə olmadan sözlər birləşərək mürəkkəb isim əmələ gətirir.
  • Mürəkkəb ismin ikinci tərəfi mənsubiyyət şəkilçili olur.
  • Aralarında haaə şəkilçiləri işlənməklə felin təkrarı ilə.

Mürəkkəb isimlər də sadə və düzəltmə isimlər kimi, bir söz (bir leksik vahid) olduğuna görə bir vurğuya malik olur. Mürəkkəb ismi əmələ gətirən sözlər birlikdə tələffüz olunur və bir yerdə yazılır.

Mürəkkəb adlar[redaktə | əsas redaktə]

toylarda ifadə olunan adlar mürəkkəb adlar hesab olunur.

  • Ad və soyad
  • Ad və ata adı
  • Ad və ləqəb
  • Ad və onlarla yanaşı işlənən bəy, xan, mirzə və bu kimi digər sözlər.

Əşyaların adlandırma qaydasına görə isimlər iki cür olur.

Ümumi isimlər

Ümumi isimlər eyni cinsli əşyaların hamısına birlikdə verilən adlardır. Dünyada nəqədər müxtəlif ağac növü var. Ancaq bunların hamısında ümumi cəhət var, hamısı ağacdır. Ona görə ağac sözü bunlara verilən ümumi addır, ümumi isimdir.

Xüsusi isimlər

Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir. Xüsusi isimlərin də növləri də çoxdur. Onların bəziləri:

  • İnsan adlarına aid xüsusi isimlər.
  • Yer adlarına aid xüsusi isimlər.
  • Əsər, mətbuat adlarına aid xüsusi isimlər.
  • Su ilə əlaqədar xüsusi isimlər.

Xüsusi isimlər

Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən xüsusi adlara xüsusi isimlər deyilir. Xüsusi isimlərin də növləri də çoxdur. Onların bəziləri:

  • İnsan adlarına aid xüsusi isimlər.
  • Yer adlarına aid xüsusi isimlər.
  • Əsər, mətbuat adlarına aid xüsusi isimlər.
  • Su ilə əlaqədar xüsusi isimlər.

İsimlərin baş hərflərinin yazılışı

  • İşlənmə yerindən asılı olmayaraq, xüsusi isimlərin baş hərfləri həmişə böyük yazılır.
  • Ümumi isimlərin baş hərfləri, bir qayda olaraq, kiçik yazılır.
  • Ümumi isimlərin baş hərfləri aşağıdakı hallarda böyük yazılır:

a) Cümlənin əvvəlində.
b) Bir sıra mərkəzi idarə, təşkilat adlarında.
c) Şeir misralarının başlanğıc sözünün ilk hərfi.

d) Prezident adlarında

İsimlərin kəmiyyətə görə dəyişməsi

Azərbaycan dilində isimlər cəm şəkilçisi qəbul edərək cəmlənir. Şəkilçisi: -lar, -lər. Cəm şəkilçisi qəbul etməmiş isimlər təkdə, cəm şəkilçisi qəbul etmiş isimlər cəmdə hesab olunur. Təkdə olan isimlər əşyanın ümumi adıdır və qrammatik cəhətdən təkdə hesab olunur; cəmdə olan isimlər isə eyni əşyanın çoxluğunu bildirir.

Xüsusi isimlərin cəmlənməsi

Nitqdə bəzən xüsusi isimlər də cəm şəkilçisi ilə işlənir. Xüsusi isimlər cəmlənəndə də ilk hərfləri böyük yazılır: Xətailər, Vaqiflər.

Topluluq bildirən isimlər

İsimlərin bir qismi heç bir şəkilçi, heç bir köməkçi vasitələr olmadan topluluq bildirir. Topluluq bildirən isimlər təklik bildirən isimlərlə qarşı-qarşıya dayanır. Cəm isimlər və topluluq bildirən isimlər aşağıdakı cəhətlərdən fərqlənir:

  • Cəm isimlər -lar, -lər şəkilçisi ilə formalaşır, topluluq bildirən isimlərin topluluq məzmunu onların öz daxilində olur.
  • -lar, -lər şəkilçisi qəbul etmiş isimlər qrammatik cəhətdən cəmlənmiş isimlərdir, topluluq bildirən isimlər isə cəm isimlər deyil.
  • Topluluq bildirən isimlərə də -lar, -lər şəkilçisi əlavə edib onları cəmləndirmək olur. Əgər topluluq bildirən isimlər cəm isimlərdən fərqlənməsəydi, onlara cəm şəkilçisi əlavə etmək olmazdı

.

İsimlərin mənsubiyyətə görə dəyişməsi

İsimlər mənsubiyyət şəkilçisi qəbul edərək şəxslərlə şəxslər arasında, şəxslərlə əşyalər arasında, əşyaların özləri arasında mənsubiyyət bildirir. Əşyanın kimə və nəyə məxsus olduğunu bildirmək üçün isimlərin sonuna artırılan şəkilçilər mənsubiyyət şəkilçiləridir.

Bəzən uşaqlar mənsubiyyətlə hal şəkilçisini qarışdırır.Mənsubiyyət şəkilçiləri əşyanın mənsub olduğunu bildirir.

Mənsubiyyət şəkilçilərini göstərən cədvəl

ŞəxslərŞəkilçilər
I şəxs tək-ım, -im, -um, -üm, -m
I şəxs cəm-ımız, -imiz, -umuz, -ümüz, -mız, -miz, -muz, -müz
II şəxs tək-ın, -in, -un, -ün, -n
II şəxs cəm-ınız, -iniz, -unuz, -ünüz, -nız, -niz, -nuz, -nüz
III şəxs-ı, -i, -u, -ü, sı, si, su, sü
  • III şəxsin cəmini bildirən mənsubiyyət şəkilçisi yoxdur.

İsimlərin hallanması

İsim cümlədə hal şəkilçisi qəbul edərək dəyişir. Bu dəyişmə cümlədə sözlərin əlaqəsini təmin edir. İsmin belə dəyişməsinə onun hallanması deyilir. Azərbaycan dilində ismin altı halı var:

  • Adlıq hal
  • Yiyəlik hal
  • Yönlük hal
  • Təsirlik hal
  • Yerlik hal
  • Çıxışlıq hal

İsmin hallarını, şəkilçilərini, suallarını göstərən cədvəl

İsmin hallarıİsmin hallarının şəkilçiləriİsmin hallarının sualları
Adlıq halKim? Nə? Hara?
Yiyəlik hal-ın, -in, -un, -ünKimin? Nəyin? Haranın?
Yönlük hal-a, -əKimə? Nəyə? Haraya?
Təsirlik hal-ı, -i, -u, -ü,Kimi? Nəyi? Haranı?
Yerlik hal-da, -dəKimdə? Nədə? Harada?
Çıxışlıq hal-dan, -dən,Kimdən? Nədən? Haradan?

Adlıq hal

Bu halda olan isimlər ancaq əşyanın adını bildirir, onun başqa əşyaya, hərəkətə münasibətini bildirmir. Cümlədə əsasən üç mövqedə işlənir:

  • Mübtəda rolunda
  • Xəbər rolunda
  • Xitab rolunda

İsimlər lüğətlərdə ilkin formalarında yazılır; şərti olaraq onlar adlıq halda hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir