Turşular — tərkibi, təsnifatı, adlandırılması və alınma üsulları – Kimya

Kimya

Reaksiyalar zamanı turşuların tərkibinə daxil olan hidrogen atomlarının metal atomları ilə asanlıqla əvəz edilməsini təcrübədə müşahidə etdiniz. Tanış olduğumuz hər iki turşunun formuluna diqqət yetirsək görərik ki, birinci yerdə yazılan hidrogen başqa bir qeyri-metal atomu (Cl) və oksigen daxil olan atomlar qrupu (SO4) ilə birləşmişdir. Turşuların molekulunda hidrogenlə birləşmiş həmin atom və ya atomlar qrupu turşu qalığı adlanır. Deyilənlərə əsasən turşulara belə tərif vermək olar.

Metal atomu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddələrə turşular deyilir. Turşunun molekulundakı metalla əvəz oluna bilən hidrogenin sayı turşunun əsaslığını göstərir və turşu qalığının valentliyinə bərabər olur. Məsələn:

Turşu qalığının yükü həmişə mənfi (-) olur və ədədi qiymətcə turşunun əsaslığına bərabərdir. Turşuların adı onu əmələ gətirən qeyri-metalın latınca adından götürülür. Oksigensiz turşularda turşu əmələ gətirici elementin adının sonuna «id» şəkilçisi əlavə edilir. Məsələn: xlorid turşusu (HCl). Oksigenli turşularda turşu əmələ gətirən element yüksək valentliyə malikdirsə, onun adının sonuna «at», orta valentliyə malikdirsə, «it» şəkilçisi əlavə edilir. Məsələn, sulfat turşusu (H2SO4), sulfit turşusu (H2SO3). Turşular iki cür təsnif olunur: əsaslığına görə bir, iki, üçəsaslı və s., tərkibinə görə oksigenli və oksigensiz turşular. Bəzi turşuların adı, formulu və turşu qalığı cədvəl 3-də verilmişdir.

Cədvəl 3

Turşular
Oksigensiz turşularTurşu qalığıƏsaslığıOksigenli turşularTurşu qalığıƏsaslığı
Flüorid turşusu HFF1Sulfat turşusu
H2SO4
SO42‾2
Xlorid turşusu
HCl
Cl1Sulfit turşusu
H2SO3
SO32‾2
Bromid turşusu
HBr
Br1Karbonat turşusu
H2CO3
CO32‾2
Yodid turşusu
HI
I1Metasilikat turşusu H2SiO3SiO32‾2
Sianid turşusu HCNCN1Nitrat turşusu HNO3NO31
Sulfid turşusu
H2S
S2‾2Nitrit turşusu HNO2NO21
Selenid turşusu H2SeSe2‾2Hipofosfit turşusu
H3PO2
H2PO21
Ortofosfat turşusu
H3PO4
PO43‾3
Fosfit turşusu H3PO3HPO32‾2

Turşuların qüvvətliliyi onların suda məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı ilə (mol/l) müəyyən olunur. Qüvvətliliyinə görə turşular üç qrupa bölünür (cədvəl 4).

Cədvəl 4

Turşular
Qüvvətli turşularOrta qüvvətli turşularZəif turşular
HCl, HBr, HIH2SO3H2S, H2CO3
HNO3 , HClO4 , H2SO4H3PO4H2SiO3 , CH3COOH

Bir sıra turşu oksidlərinin molekulları özlərinə müxtəlif şəraitdə müxtəlif sayda su molekulları birləşdirir. Özündə daha çox sayda su molekulu saxlayan turşunun adının əvvəlinə «orto», az sayda su molekulu saxlayan turşunun adının əvvəlinə isə «meta» sözü əlavə edilir. Başqa sözlə, əgər turşu əmələ gətirici element eyni valentliyə malik olan bir neçə turşu əmələ gətirirsə, onda aşağıdakı qaydadan istifadə edilir. Həmin elementin bir atomuna daha çox sayda oksigen atomu uyğun gələn turşunun adının əvvəlinə «orto», daha az sayda oksigen atomu uyğun gələn turşunun adının əvvəlinə isə «meta» sözü əlavə olunur. Məsələn:

Element ikidən çox oksigenli turşu əmələ gətirirsə, onları adlandırarkən «per», «at», «it», «hipo» sözönü və şəkilçilərindən istifadə edilir. Məsələn:

Ortoturşuların qismən susuzlaşdırılmasından alınan turşuları adlandırarkən «piro» sözönlüyündən istifadə edilir. Məsələn:

Turşuların alınması üsulları. Oksigensiz turşular qeyri-metalların bilavasitə hidrogenlə birləşməsi və alınan məhsulların suda həll edilməsi yolu ilə alınır.

Turşu oksidlərinin əksəriyyəti birbaşa su ilə qarşılıqlı təsirdə olub müvafiq turşu əmələ gətirir.

Turşuların alınmasında ən çox istifadə olunan üsul duzların turşularla qarşılıqlı təsiridir.

Turşuların bu üsulla alınması zamanı götürülən başlanğıc duz bərk halda, götürülən turşu isə daha qüvvətli və az uçucu olmalıdır. Sulfat turşusu daha qüvvətli və az uçucudur. Ona görə də başqa turşuların alınmasında, adətən, ondan istifadə edilir:

Anhidridi suda həll olmayan turşular da bu yolla alınır. Məsələn:

Bəzi oksigenli turşuları qeyri-metallara güclü oksidləşdirici turşularla təsir etməklə almaq olar. Məsələn:

Turşuların qrafik formulları. Turşu molekullarında elementlərin hansı ardıcıllıqla birləşdiklərini onların qrafik formullarından görmək olar.

Bu formullarda atomlar arasındakı xətlər elementlərin valentliyini göstərir. Oksigenli turşularda oksigenlə birləşmiş hidrogen atomlarının sayı, oksigensiz turşularda isə qeyri-metala birləşmiş hidrogen atomlarının sayı turşunun əsaslığına bərabərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir